"Report" xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib.
Bundan əvvəl ABŞ İranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırıb. İran bu ittihamı rədd edib.
"Prezident, əsasən hava və raket hücumundan müdafiəyə yönələcək ABŞ qüvvələrinin yerləşdirilməsini təsdiqlədi", - deyə Esper bildirib.
"ABŞ İranla müharibəyə can atmır... amma çox sayda hərbi əməliyyat variantı var", - deyə o əlavə edib.
Virtualaz.org xatırladır ki, ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evdə jurnalistlərə açıqlama verərkən İrana qarşı hərbi tədbirlər planın onun masası üzərində olduğunu və vurulacaq hədəflərin müəyyən edildiyini bildirib.
Prezident sonra əlavə edib ki, zərbələrin endirilməsində tələsməmək zəiflik əlaməti deyil, əksinə, onların gücünü göstərir...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !