Tramp yenidən Inla görüşmək istəyir

13:40 | 26.05.2018
Tramp yenidən Inla görüşmək istəyir

Tramp yenidən Inla görüşmək istəyir

Rəsmi Vaşinqton yük səviyyədə sammitin təşkil edilməsi barədə Şimali Koreya ilə danışıqlar aparır.

anews.az-ın xəbərinə görə, bu barədə öz Twitter səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.

"Biz Şimali Koreya ilə sammitin keçirilməsi ilə bağlı danışıqlar aparırıq. Əgər danışıqlar uğurla bitsə, ehtimal ki, sammit əvvəlki vaxtda, iyunun 12-də, Sinqapurda təşkil olunacaq”, - Tramp yazıb.

ABŞ prezidenti həmçinin əlavə edib ki, lazım olsa, sammit daha gec vaxtda da təxirə salına bilər.

Mayın 24-də Tramp Kim Çen Inla planlaşdırılmış sammitdən imtina edib. ABŞ prezidenti öz qərarını KXDR liderinin Vaşinqtonun ünvanına səsləndirdiyi bəyanatda açıq düşmənçiliyə yol verdiyi ilə əsaslandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb