Tramp Zukerberqi ömürlük həbslə hədələyib

11:13 | 29.08.2024
Tramp Zukerberqi ömürlük həbslə hədələyib

Tramp Zukerberqi ömürlük həbslə hədələyib

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp bildirib ki, "Meta”nın (Rusiyada ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilib) rəhbəri Mark Zukerberq 2020-ci il seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayıb. Bu barədə "Politico” xəbər verir.

Nəşr Trampın sentyabrın 3-də çıxacaq "Amerikanı xilas etmək” kitabına istinad edir. Siyasətçi birinci müddətinin sonunda Zukerberqlə görüşündən danışıraraq yazır ki, Meta rəhbəri Ağ Evdəki Oval kabinetə gəlib, "çox gözəl həyat yoldaşını nahara gətirib, bacardığı qədər gözəl idi” və eyni zamanda "prezidentə qarşı əsl sui-qəsd hazırladı".

Keçmiş prezident Zukerberq və həyat yoldaşı Priscilla Çanın 2020-ci ildə COVID-19 pandemiyası zamanı seçkilərin keçirilməsinə kömək etmək üçün verdiyi 420 milyon dollar ianəni nəzərdə tutur.
 
NYT yazır ki, pul yeni səs sayma avadanlığına, seçki məntəqəsi işçiləri üçün təlimə, fərdi qoruyucu vasitələrə və poçtla səsvermənin təşkilinə yönəldilib.

Bu hərəkətlər Zukerberqin Co Baydenin qələbəsini təmin etmək üçün səsverməyə təsir göstərməyə çalışdığından şübhələnən mühafizəkarların tənqidinə səbəb olub. Ayrılan vəsaiti hətta  "Zuckerbucks” adlandıranlar da olub. 
 
Tramp hətta respublikaçıların nəzarətində olan bir sıra ştatlar seçki məmurlarına özəl ianələri qadağan edib.

"Biz onu diqqətlə izləyirik və əgər o, bu dəfə qeyri-qanuni bir iş görsə, 2024-cü il prezident seçkilərində saxtakarlıq edən şəxs kimi ömrünün qalan hissəsini həbsxanada keçirəcək”, – Tramp yazıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM