Trampa güllə atan şəxsin motivi nə olub?

17:34 | 17.07.2024
Trampa güllə atan şəxsin motivi nə olub?

Trampa güllə atan şəxsin motivi nə olub?

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi ilə bağlı apardığı araşdırma çərçivəsində artıq 100-dən çox insanı dindirib. Associated Press xəbər verir ki, atəş açan şəxsin motivi hələ müəyyən edilməyib.

Agentliyin məlumatına görə, FTB agentləri atəş açan Tomas Metyu Kruksun mobil telefonuna giriş əldə edib, onun kompüterinin, evinin və avtomobilinin içindəkiləri yoxlayıblar. Sinif yoldaşları onu ağıllı, lakin qapalı biri kimi təsvir edərək, onun tez-tez qulaqcıq taxdığını və naharı tək yediyini qeyd ediblər. Onlardan birinin dediyinə görə, məktəbdə gənci görünüşünə görə təhqir ediblər.

Nəşr qeyd edir ki, atıcının siyasi baxışları da aydın deyil. Xüsusilə, o, Pensilvaniyada Respublikaçı kimi qeydiyyatdan keçsə də, Co Baydenin and içdiyi gün Demokrat Partiyasına 15 dollar bağışlayıb. Həmçinin, polis sosial şəbəkələrdə onun hərəkətinin səbəbini izah edə biləcək intihar qeydi və ya mesajlar tapmayıb.

Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı Trampın həyatına qəsd edilib. Güllə onun sağ qulağına dəyib. Atışma zamanı mitinq iştirakçılarından biri həlak olub, daha ikisi isə yaralanıb. Tomas Metyu Kruks Məxfi Xidmət əməkdaşları tərəfindən yerindəcə güllələnərək öldürülüb.
 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM