Trampa impicment elan edildi, indi söz senatındır

08:57 | 19.12.2019
Trampa impicment elan edildi, indi söz senatındır

Trampa impicment elan edildi, indi söz senatındır

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmentinə dair səs verib. 

"PBS NewsHour” xəbər verir ki, nəticələr partiyalar üzrə bölünüb.

Belə ki, "demokratlar”dan 229 deputat impiçmentin lehinə, ikisi isə əleyhinə səs verib. 

"Respublikaçılar”dan 186 nəfər əleyhinə səs verib, 11 nəfər isə bitərəf qalıb.

Yeganə müstəqil konqresmen impiçmentin lehinə səs verib.
 
Beləliklə Nümayəndələr Palatası prezidentə qarşı ittihamları dəstəkləyib.

Səsvermədən sonra sənəd "respublikaçılar”ın çoxluq təşkil etdiyi Senata göndəriləcək.

Prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların səslərinin 2/3 kifayətdir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM