Trampdan ŞOK İran açıqlaması: "Bir zənglə işğal edə bilərik"

12:04 | 19.09.2019
Trampdan ŞOK İran açıqlaması:

Trampdan ŞOK İran açıqlaması: "Bir zənglə işğal edə bilərik"

"Bir telefon zəngi ilə bir ölkəni işğal edə bilərik”.

Anews.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Kaliforniya ştatında səfərdə olan Tramp İrana hərbi müdaxilə edilməsi ehtimalı ilə bağlı danışıb: "Yaxın Şərqdə nələr olacağını zamanı gələndə görəcəyik. Müdaxilə etmək hər zaman asandır. Bir telefon zəngi ilə hər hansı bir ölkəyə girə bilərik.
 
Bunun bu gün olması şərt deyil. Sabah olar, iki həftə sonra olar”.
Prezident ötən həftə vəzifəsindən kənarlaşdırılan Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonla bağlı bunları deyib: "Bolton kimi insanlar İraqa girmək istədi və işlər çox da yolunda getmədi.
 
Bataqlığa batdılar. Yaxın Şərqdə polis olduq. Bu, qorxunc idi”.(Publika)



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM