ABŞ-də Donald Trampın keçmiş müşaviri Stiv Bannon həbsdən çıxıb.Bu barədə "İnterfaks” məlumat yayıb.
Bannon ABŞ Konqresinə hörmətsizlikdə ittiham olunaraq dörd ay həbsdə qalıb. O, ABŞ-də 6 yanvar 2021-ci ildə baş verən Kapitoli basqını ilə əlaqədar dinləmələrə qatılmaqdan imtina edilib.
Həbsxanadan çıxdıqda onu qızı Morin və jurnalistlər qarşılayıb. Mətbuata açıqlamasında Bannon bildirib ki, həbsdə keçirdiyi zaman onu sarsıtmaq əvəzinə, qətiyyət verib.
1 iyulda Bannon bəyan etmişdi ki, Tramp seçkilərdə qalib gəlsə, bəzi yüksək vəzifəli ABŞ rəsmilərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı araşdırma başladacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !