ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı planı Minsk razılaşmalarının yenidən nəzərdən keçirilməsi ola bilər. Bu barədə Financial Times qəzeti siyasətçinin müşavirinə istinadən yazıb.
Onun sözlərinə görə, bu dəfə razılaşmaya şərtlərin pozulması halında nəticələri olan məcburetmə mexanizmləri daxil ediləcək. Həmçinin qeyd edilir ki, razılaşmaların icrasına nəzarəti NATO qüvvələri və ya BMT sülhməramlıları deyil, Avropa orduları həyata keçirməlidir.
"Biz bunun üçün pul ödəməyəcəyik. Buna Avropa pul ödəyir,” – Trampın müşaviri bildirib
O vurğulayıb ki, ABŞ amerikalıların bu mexanizmdə iştirak etməməsi və onun maliyyələşdirilməsinin Avropa tərəfindən həyata keçirilməsi tələbini irəli sürəcək.
N.Təbrizli
www.anews.az