Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor təyin edilib.
anews.az-ın Report-a istinadla məlumatına görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Qasımov İlqar Əbülfəz oğlu təyin olunub.
İnstitutun keçmiş direktoru Vaqif Verdiyev öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, İ.Qasımov 1965-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1994-cü ildə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1996-2000-ci illlərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda doktorantura keçib, tibb elmləri doktoru dərəcəsini müdafiə edib.
2000-2004-cü illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunun İri oynaqların artroplastikası və endoprotezləşdirilməsi şöbəsində baş elmi işçi vəzifəsində çalışıb. 2004-2006-ci illərdə Rusiya Tibb Akademiyasının Diplomdan sonkarı təkmilləşdirmə, travmatologiya və ortopediya kafedrasının elmi işçisi olub. Sonralar Bakı şəhərinə qayıdaraq ixtisası üzrə çalışıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !