İstanbul Respublika Prokurorluğu Gəzi parkında baş tutan aksiyada öldürülən Berkin Elvan üçün mitinq keçirmək üçün çəkilən video-çarxda rol alan oyuncular haqda istintaq işi açıb.
"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluq "Berkin üçün 11 martda həyatı dayandır” şüarıyla video-rolik çəkən 11 məşhura "Cinayət törətməyə açıq şəkildə zəmin yaratmaq” maddəsi ilə cinayət işi açılıb. Cahit Berkay, Tarık Akan, Şevval Sam və Grup Yorum üzvlərinin də aralarında olduğu 11 məşhurdan Levent Üzümçü və Mustafa Altıoklar dünən ifadə verib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !