Türk diplomatın Parisdə “Asala” tərəfindən öldürülməsindən 34 il ötür

09:29 | 22.12.2013
Türk diplomatın Parisdə “Asala” tərəfindən öldürülməsindən 34 il ötür

Türk diplomatın Parisdə “Asala” tərəfindən öldürülməsindən 34 il ötür

Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 34 il ötür. 

Məlumata görə, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan 1979-cu il dekabrın 22-də erməni terror şəbəkəsi “Asala” tərəfindən öldürülüb. 

Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub. 

Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli “erməni soyqırımı ədalət birliyi” adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. “Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük” – deyə zəng vuran şəxs bildirib. 

ANSPRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM