"Hamburq"un futbolçusu Hakan Çalhanoğlu yeni mövsüm İngiltərə Premyer Liqasında oynamağa çox yaxındır.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, London klubu türk yarımmüdafiəçinin transferi üçün bundesliqa təmsilçisi ilə razılığa gəlib. Baş məşqçi Joze Mourinyonun "Hamburq"da bu mövsüm uğurlu çıxışı ilə seçilən H.Çalhanoğlunu çox bəyəndiyi bildirilib.
Qeyd edək ki, H.Çalhanoğlu ilə "Liverpul", "Arsenal", "Atletiko"nun da maraqlandığı iddia edilirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !