Bir neçə gün öncə Aralıq dənizi sahillərində istirahətdə olarkən boğulan 19 yaşlılar üzrə Türkiyə millisinin və “Ankaraspor” klubunun oyunçusu Sədat Yücənin cəsədi tapılıb. Axar.az xəbər verir ki, dalğıclar oyunçunun cəsədini yerləşdiyi otelin yaxınlığındakı körpünün altında tapıb. Xatırladaq ki, futbolçunun dənizdə çimərkən boğulduğu barədə məlumat verilmişdi və cəsədinin axtarışları dünəndən davam edirdi.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !