Türk gerbini güllələyən Mirzoyan dünya xəritəsini yeniləmək istəyirmiş... - KÖŞƏ

10:00 | 20.08.2014
Türk gerbini güllələyən Mirzoyan dünya xəritəsini yeniləmək istəyirmiş... - KÖŞƏ

Türk gerbini güllələyən Mirzoyan dünya xəritəsini yeniləmək istəyirmiş... - KÖŞƏ

Kamal ƏliBu yaxınlarda belə bir köşə yazmışdım ki, erməni mətbuatı tez-tez müharibənin alovlanmasına çalışır, bundan isə ermənilərin qazancı yalnız və yalnız yeni cəsədlər ola bilər və olur da. Amma yenə də İrəvanda gic-gic məqalələr dərc edilməkdədir.Bundan əvvəl başqa bir gic mövzulu yazıya toxunub, tənqidlərimi söyləmişdim. Həmin birinci məqalə "Kavkazskiy Uzel" saytında dərc edilmiş, dağıstanlıların narazılığı barədə yazının erməni müəlliflər tərəfindən təhrif edilməsi ilə bağlı idi. Dağıstanlı müəllif  Samur sərhəd çayının suyundan həddən çox istifadə olunmasından şikayət etdiyi halda erməni yazarlar bunu şişirdərək, guya iki ölkə arasında müharibə vəziyyətinin yarandığını ortaya qoymağa çalışırdılar, nə isə...İndi belə gic-gic erməni məqalələr seriyasından ikinci köşəmi diqqətinizə təqdim edirəm. Bu yazım Moskvada baş vermiş hadisəyə həsr edilib, orada yerli erməni Türkiyə səfirliyinin binasına, bu ölkənin gerbinə iki dəfə atəş açıb. Həmin atəş açan şəxs isə "Xeyirxah meşə" MMC-nin baş direktoru Artur Mirzoyan olub.“Lragir” saytının müşahidəçisi Naira Ayrumyan atəş barədə məlumat verərək deyə bilərdi ki, bu erməni ötən əsrdə həmvətənlərinin Türkiyədə öldürülməsi barədə romanlara həddən artıq qapılıb, buna görə də anlaqsız və şüursuz şəkildə belə bir hərəkət sərgiləyən həmyerlisinə görə təəssüf edir. Və Rusiya ermənilərinə öz ailələri üçün daha faydalı işlərlə məşğul olmalarını və Rusiya həbsxanalarını doldurmamağı arzu edə bilərdi. Atıcı Mirzoyan həbs edilib və əlbəttə, həyatının bir hissəsini dəmir barmaqlıqlar arxasında keçirməli olacaq. Amma yox. Ayrumyanın məqaləsi belə adlanır: "Artur Mirzoyanın atəşi başlanğıc ola bilər".Bütün bu zəvzəkləmələrdən sitat gətirməyəcəm, sadəcə erməni analitikinin gəldiyi qənaətləri bölüşəcəm. Beləliklə:- Rusiyada yaşayan ermənilər növbəti rus-türk sazişinin nə qədər təhlükəli ola biləcəyini anlamağa başlayırlar, çünki bu saziş yenə də Ermənistanın maraqlarına qarşı yönələcək. Rusiyanın siyasətindən mifik örtük atılıb və artıq heç kəs heç nəyi gizlətmir və ermənilər də artıq gözlərini açıblar.-  Moskva bu hadisəni diqqətsiz qoymayacaq və artıq Türkiyə ilə Ermənistan arasında "vasitəçi" olmağı mütləq təklif edəcək.- Ermənistan bu hadisədən öz xeyiri naminə istifadə edə bilər.- Moskvada olan hadisə, 24 aprel 2015-ci il ərəfəsində hələ də səylərini birləşdirə bilməyən ermənilər üçün birləşdirici ola bilər. Bu tarix ya Ermənistanın sonunun başlanğıcı, ya da qələbəsi ola bilər.- Osmanlı imperiyasının dağılması, eyni zamanda erməni torpaqlarının türklər və ruslar arasında bölünməsi haqqında Lozanski müqaviləsi təkrar gözdən keçirilə bilər. Bu, yeni Böyük müqavilənin imzalanması ehtiyacını ortaya qoyacaq və ermənilər bir daha olmayacaq bu fürsəti fövtə verməli deyillər.- Artur Mirzoyanın atəşi belə kəskinləşmənin (Ermənistan və Türkiyə arasında – K.A.) başlanğıcı ola bilər.- Türkiyə və Rusiyanın erməni torpaqlarını böldüyü və Qarabağın türk Azərbaycanına verildiyi bu müqavilədən Ermənistan hələ şikayət etmək niyyətində deyil, ancaq belə çağırışlar tez-tez səslənir. Türkiyə və Rusiya erməni torpaqlarını böldü, həmçinin, Qarabağı türk Azərbaycanına verdi. Ancaq, belə çağırışlar tez-tez səslənir. Bundan başqa, Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olması şübhə altına alınır…Görürsünüzmü, adi Moskva ermənisinin törətdiyi şizofrenik cinayətdən nə qədər "faydalı" nəticələr çıxartmaq olur? Əlbəttə, əgər dövlətləri və insanları müharibəyə təhrik etməyi və qanlı dənizdə öz milli mənfəətini axtarmağı qabağına məqsəd qoymusansa...ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM