Türk Hava Qurumunun (THK) sədri, general-leytenant Osman Yıldırım saxlanılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, THK rəhbəri Ankara polisinin maliyyə şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat zamanı bu gün səhər saatlarında evində həbs olunub. Polis eyni zamanda THK mərkəzi ofisi, THK fabriki və “Gökçen Havacılık” şirkətində də əməliyyat keçirərək təşkilatın 9 əməkdaşını həbs edib. İlkin informasiyalarda THK sədri və əməkdaşlarının korrupsiya faktları üzrə saxlanıldığı bildirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !