Türk İŞİD-çiyə ərə gedən hollandiyalı qız danışdı - FOTO+VİDEO
Dünya
14:19 | 21.11.2014
Türk İŞİD-çiyə ərə gedən hollandiyalı qız danışdı - FOTO+VİDEO
PAYLAŞ
"Hər şeyimi verdim, amma məni istifadə edib atdı" - gənc qız belə bir adım atdığına görə çox peşmandır.Türk İŞİD-ci ilə evlənmək üçün Hollandiyadan Suriyaya qaçan və anasının sayəsində İŞİD əsarətindən qurtulan Sterlina (islamı qəbul etdikdən sonra ona Ayşa adını vermişdilər - red.) ölkəsinə dönüb. Amma Hollandiya polisi onu nəzatərə alıb. Xatırladaq ki, onun anası qızının arxasınca 2 dəfə təhlükəli yollarla Suriyaya getmiş, birinci dəfə qızını tapıb onu geri qaytarmağa müvəffəq olmasa da, ikinci dəfə qızı anası ilə vətənə dönməyə razılıq vermişdi. Onlar Suriyadan Türkiyəyə keçə bilsələr də, Türkiyədən Hollandiyaya getməkdə çətinlik çəkmiş, 2 həftə sərhəddə qalmalı olmuşdular. Çünki Sterlinanın pasportunun müddəti bitmişdi. Yeri media bu məsələni qaldırdıqdan sonra Hollandiya Xarici İşlr Nazirliyinin köməyi ilə ana-qız ölkələrinə dönə bilmişdilər. Amma ölkəyə çatan kimi - "Amsterdam Schipol" aeroportundan enər-enməz Sterlina həbs olunub, anası isə sərbəst buraxılıb. Hazırda o, Suriya ilə bağlı ifadə verir. İlkin məlumatlara görə, Sterlina İŞİD-in nəzarəti altında olan Suriyanın Rakka şəhərində yaşayıb. Hollandiya kəşfiyyatı bu qızı önəmli bir kəşfiyyat qaynağı hesab edir və əgər onun Hollandiyada hər hansı bir terror planı ilə əlaqəsi tapılarsa, o, həbs olunacaq. Hollandiya mediasınını yazdığına görə, gənc qız ilkin ifadəsində "Yılmaza inandım. Onun üçün hər şeyimdən keçdim. O isə məni istifadə edib atdı".Məlum olub ki, türk İŞİD-çi Yılmaz qızla sadəcə 3 ay evli qalıb. Daha sonra qızə zorla başqa bir tunisli İŞİD-çi ilə evləndiriblər. Bundan sonra facebook vasitəsilə anasına mesaj yazmağa imkanı olan qız "məni qurtar, bura cəhənnəmdir" - yalvarıb. Bu xəbər mediada yayımlanandan sonra İŞİD-çi Yılmaz da üzə çıxıb. O, mobil telefonundan BBC müxbirinə belə bir açıqlama-mesaj yollayıb: "Əslində Sterlina başqa bir İŞİD-çi ilə evlənəcəkdi. Amma o, gəlib çıxana kimi həmin adam öldü və Sterlina ilə mən evlənmək zorunda qaldım. Sonra bir-birimizə uyğunlaşa bilmədik və ayrıldıq".