Azərbaycanlı aktyor Nicat Həbibov TRT1 kanalında yayımlanan “Zengin Kız Fakir Oğlan” serialına dəvət edilib. Lent.az-ın məlumatına görə, N. Həbibov serialda həkim Ramin obrazını canlandıracaq. TRT- nin baş direktoru İbrahim Şahin bir neçə dəfə Azərbaycanı ziyarət edib və Azərbaycan üçün kanalın imkanlarını səfərbər edəcəyini söyləyib: “Azərbaycanın ağrısını, acısını, sevincini, kədərini eləcə də mədəniyyətini, ədəbiyyatını TRT vasitəsilə Türkiyə və Türk dünyasına çatdıracağam”. Serialın rejissoru Birol Güven may ayında Bakıya gələrək, TRT Bakı Təmsilciliyinin təşkilatçılığıyla imza günündə azərbaycanlı sənətçilərlə görüşüb. B. Güven N. Həbibovun serialda oynamasını azərbaycanlı tamaşaçılar tərəfindən sevinclə qarşılanacağı və xoş sürprizlərin davam edəcəyi mesajını verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !