Türk serialında peyğəmbərə böyük hörmətsizlik - VİDEO

10:19 | 12.02.2014
Türk serialında peyğəmbərə böyük hörmətsizlik - VİDEO

Türk serialında peyğəmbərə böyük hörmətsizlik - VİDEO

Türkiyənin “Samanyolu” kanalında nümayiş olunan “Şefkat Tepe” serialının 166-cı seriyasında İslam peyğəmbərinə qarşı hörmətsizlik nümayiş olunub.ANS PRESS xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, filmin qəhrəmanı, “birazdan peyğəmbərimiz aramıza təşrif edəcək” – deyir. Bir müddət sonar isə göydən yerə işıq topası enir. Filmin qəhrəmanlarından biri, “vətənimizə xoş gəldin, ey Allahın rəsulu” – deyir. Bundan sonar işıq topası yük maşınına minərək uzaqlaşır, filmin qəhrəmanları isə, “bizi qoyub hara gedirsən, ey Allahın rəsulu” – deyərək maşının dalıyca qaçırlar.Filmin bu səhnəsi din alimləri, ilahiyyatçılar və yerli ictimaiyyət tərəfindən kəskin etirazla qarşılanıb.Baş verənləri şərh edən islamçı alim Ömər Tuğrul İnançer bunu eqoistlik və tərbiyəsizlik kimi qiymətləndirib. İnançer, peyğəmbərdən danışarkən öz aramızda söhbət edirmiş kimi danışmaq “Hücurat” surəsinə ziddir deyib.Tarixçi-yazar Hümeyra Şahin isə bildirib ki, peyğəmbər filmdə nümayiş olunarkən “qırmızı xətt” keçilməməlidir. Bunun böyük məsuliyyəti olduğunu deyən Şahin, peyğəmbərin bu şəkildə nümayişinin insanlarda olan peyğəmbər təsəvvürünü dayazlaşdırdığını bildirib.Xatırladaq ki, daha əvvəl “Samanyolu” kanalının təşkilatçılığı ilə keçirilən türkcə olimpiadasında da oxşar hadisə baş vermiş və İslam peyğəmbərinin bu olimpiadada iştirak etdiyi iddia olunmuşdu. Bu hadisə də yerli ictimaiyyət və din alimləri tərəfindən etirazla qarşılanmışdı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM