Türk və erməninin birgə dünya rekordu: 43 saatlıq

10:00 | 09.12.2013
Türk və erməninin birgə dünya rekordu: 43 saatlıq

Türk və erməninin birgə dünya rekordu: 43 saatlıq

Türkiyədən olan 35 yaşlı aktyor Deniz Barış və Yerevan pantomima teatrının 32 yaşlı aktyoru Ohanes Acinyan bazar günü Tbilisidə əl sıxıb görüşmə üzrə dünya rekordunu müəyyənləşdiriblər.Dekabrın 6-da, Kürün sahilindəki Rika parkında başlayan əl sıxma prosesi 43 saat davam edib. Acinyan və Barış əllərini çəkməyərək, arabir birlikdə səhnədə yerləşdirilmiş stullara əyləşiblər.Zaman-zaman təşkilatçılar onlara çay və şokolad batonları veriblər, lakin yemək yeyəndə də aktyorlar əllərini bir-birindən çəkməyiblər. Aksiya başa çatandan sonra onlar bir qədər yorulduqlarını, lakin özlərini yaxşı hiss etdiklərini bildiriblər, Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir.  Aksiya erməni, türk, gürcü və rus qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə keçirilib. Təşkilatçılar və iştirakçılar bəyan ediblər ki, bu aksiyanı “Ermənistan və Türkiyə arasındakı münasibətlərin çalarını dəyişmək məqsədilə” keçiriblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM