Almaniya türkləri dinləyirTürkiyə Xarici İşlər Nazirliyi (XİN) Almaniyanın Ankaradakı səfiri Eberhard Polu Almaniya xüsusi xidmət orqanlarının Türkiyədə casusluq fəaliyyəti ilə bağlı izahat verməyə çağırıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir. XİN-in bəyanatında deyilir ki, Almaniya mövcud məsələ üzrə tam ciddi izahat verməlidir. Qeyd edilir ki, bu, dost və müttəfiq dövlətlərin münasibətlərində tamamilə qəbuledilməzdir: "Ölkələr arasında qarşılıqlı etimad və hörmət olmalıdır". Xatırladaq ki, Almaniya Federal Kəşfiyyat Xidmətinin Türkiyədə casusluq fəaliyyəti haqqında məlumat avqustin 16-da "Şpigel" nəşrində yayımlanıb. Jurnalın xəbərinə əsasən, Federal Kəşfiyyat Xidməti 2009-cu ildən kəşfiyyat fəaliyyəti aparacağı ölkələrin siyahısını almışdı. Siyahıda Türkiyənin də adı var
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !