Türkiyə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsində iştirak edəcək

21:30 | 25.02.2014
Türkiyə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsində iştirak edəcək

Türkiyə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsində iştirak edəcək

Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərindən biri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) modernləşdirilməsi layihəsində iştirak edəcək.Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Azərbaycan Müdafiə Nazirliyinin ötən ilin dekabr ayında etdiyi müraciətə uyğun olaraq, Türkiyə Müdafiə Sənayesi Katibliyinin tövsiyəsi və tapşırığı ilə hələlik adı açıqlanmayan türk şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Azərbaycan HDQ komandanlığında keçirilən görüşdə Türkiyə şirkəti tərəfindən mövcud layihələr barədə məlumat verilib. Azərbaycanda hərbi tərsanənin yaradılması və müxtəlif tipli üzmə vasitələrinin (suüstü və sualtı, həmçinin kiçik ölçülü sürətli katerlərin) istehsalı sahəsində müzakirələr aparılıb. Türkiyə şirkəti mart ayında Azərbaycanın hərbi qurumları üçün daha bir təqdimat keçirəcək. Martın 11-12-də Bakıda Türkiyə müdafiə sənayesi heyətinin iştirakı ilə keçiriləcək görüşlərdə dəniz sektorunda əməkdaşlığın prioritetləri müəyyənləşdiriləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM