ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin elm, sənaye və texnologiya naziri Işık Fikri bildirib. "Türkiyə tərəfinin arzusu ortaq araşdırma, inkişaf və icarə peyki layihəsi hazırlamaqdan ibarətdir. Hazırda məsələ ilə bağlı danışıqlar aparılır”, - deyə nazir bildirib.
I. Fikri "Azersky” yüksək ayrıdetməli Yer səthinin məsafədən müşahidə peykinin Azərbaycana təhvil verilməsi ilə bağlı təbrik edib və bildirib ki, Türkiyə qardaş ölkə olaraq Azərbaycanın uğurları ilə qürur duyur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !