Türkiyə əleyhinə şüarlar

17:00 | 01.02.2015
Türkiyə əleyhinə şüarlar

Türkiyə əleyhinə şüarlar

Yunanıstanın ultra-sağçı "Qızıl şəfəq" partiyasının üzvləri etiraz aksiyasında Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

ANS PRESS-in məlumatına görə, sağçı yunanlar Türkiyə ilə Yunanıstan arasında bəhanə edərək küçələrə axışıblar. Bu aksiya Yunanıstanda radikal solçu "Siriza"nın hakimiyyətə gəlməsindən sonra ilk aksiya olub. 

Etiraz aksiyasına toplaşan təxminən 2 min adam Türkiyə əleyhinə şüarlar da səsələndiriblər. Bununla əlaqədar ciddi təhlükəsizlik tədbirləri görülsə də, polisin üzərində silahın olmaması diqqəti cəlb edib. "Qızıl şəfəq"ə qarşılıq olaraq radikal solçular da etiraz aksiyaları keçiriblər. Polis sağçılarla solçuların qarşılaşmaması üçün ciddi tədbirlər görüb.

Qeyd edək ki, 1996-cı ildə Türkiyə ilə Yunanıstan arasında Kardak qayalıqları üstündə münaqişə yaranıb. Hər iki ölkə bu ərazinin özlərinı aid olduğunu iddia edir. Vəziyyət müharibə şəraitinə qədər irəlilədi. Daha sonra Amerika və NATO-nun təsirilə vəziyyət nisbətən sabitləşdi. Yunanıstandakı ultra-sağçılar bu münaqişədə Türkiyəyə qarşı çox sərt mövqe tutsalar da, radikal solçu "Siriza"nın İnsan Haqları Komitəsindəki üzvü Kardak adalarının Türkiyəyə daha yaxın olduğunu bildirmişdi. Buna görə o, komitə üzvlüyündən çıxarıldı və "vətən xaini" belə adlandırıldı.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM