Türkiyə Ermənistan sərhəd xəttindən xəbər var

23:00 | 28.11.2013
Türkiyə Ermənistan sərhəd xəttindən xəbər var

Türkiyə Ermənistan sərhəd xəttindən xəbər var

Türkiyə gələn il Ermənistan və İranla sərhədlərinin bəzi hissələrini minalardan təmizləmək üçün işlər həyata keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə “Türkiye” qəzeti məlumat yayıb. Qəzet yazıb ki, hökumət Ermənistanla sərhədi açmağa hazırlaşır və mina təmizliyi də bu hazırlıqla əlaqədardır.

 

Layihəyə Avropa Birliyindən maddi dəstək almağı planlaşdıran Ankara 11,6 milyon kvadratmetr minalanmış sahənin 4 milyonunu minalardan təmizləməyi planlaşdırır. Bunun üçün 52,4 milyon avro tələb olunur. Bu məbləğin 75%-ni AB, 25%-ni isə Türkiyə Müdafiə Nazirliyi verəcək.

 

Layihə çərçivəsində sərhəd zastavalarını yeni texnika ilə təchiz etmək də nəzərdə tutulub.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM