Türkiyə Gömrük İttifaqına qoşulur? - VİDEO

17:23 | 22.07.2014
Türkiyənin Rusiyanın liderliyi ilə yaradılan Gömrük İttifaqına qoşulması ilə bağlı məsələ yenidən aktivləşib. Ötən ilin oktyabrında Minskdə aparılan müzkirələrdən sonra rəsmi Ankaranın bu quruma qoşulması təklifi ilə bağlı müxtəlif versiyalar var idi.
Türkiyənin yerli mətbuatı yazır ki, ölkənin Avrasiya və Gömrük İttifaqına qoşulması türk sərmayəçilərinin bölgədəki gücünə və nüfuzuna önəmli töhfələr verəcək, ölkənin ixracatını artıracaq.
Ekspert Qəzənfər Aydoğdu Türkiyənin Rusiyaya tərəf yönəlmədiyini bilidirib. Əksinə Rusiyanın rəhbərlik etdiyi qurumda özü də iştirak edir və özü bir növ vəziyyətə nəzarət edir. 
Ancaq ortada iki vacib məsələ var. Birincisi, Ermənistan da Gömrük İttifaqına qoşulmaq istəyir. Türkiyə bu məsələdə partnyorlarını razı salmaqda çətinliklə üzləşə bilər. Digər məsələ isə Türkiyənin Gömrük İttifaqına üzvlüyü rəsmi Moskva ilə Ankaranı yaxınlaşdıra bilər. Gələcəkdə də Bakının onlara qoşulması Dağlıq Qarabağ probleminin həllinin sürətlə həll etməyə yardım edə bilər. 
Türkiyədə ekspetlər həmçinin bildirirlər ki, mövzu ilə əlaqədar işçi qrupun yaradılması və bu ilin sentyabr ayında dövlətlər arasında müzakirələr aparılacağı barədə razılıq əldə olunub. 
Hər halda Türkiyənin atacağı addım barədə qəti fikirlər söyləmək çətindir. Amma ölkə seçki astanasındadır. Baş nazir ve prezidentliyə namizəd Rəcəb Tayib Ərdoğan isə dəfələrlə dünyaya “yeni Türkiyə quracağıq” mesajını verib.

Tərəfdaşların xəbərləri

REKLAM