BMT və dünyanın aparıcı tibbi təşkilatları Gülə müraciət göndəriblər.
Türkiyə sanksiyalaşdırılmamış tibbi yardım haqqında Qanun qəbul edib.
Oxu.Az MIGnews-a istinadən bildirir ki, Qanuna uyğun olaraq sanksiyalaşdırılmamış tibbi yardımın göstərilməsinə görə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə və 1 milyon dollar həcmində cərimə nəzərdə tutulub.
Antalya Today xəbər verir ki, yalnız təcili yardım və tibbi idarələrin çərçivəsində göstərilən tibbi yardım qanuni sayılır.
Bu yenilik Hippokrat andına zidd olduğu üçün sadəcə Türkiyədə deyil, onun sərhədlərindən kənarda belə əks-səda doğurub.
BMT və dünyanın aparıcı tibbi təşkilatları Türkiyə prezidenti Abdullah Gülə müraciətnamə yollayıblar, o isə öz növbəsində bu müraciətnaməni diqqətsiz qoyub.
“Qanun Gəzi parkının sökülməsi zamanı baş verənlərin fonunda yaranıb, bu Qanun gələcəkdə həkimlərə nümayişə çıxanlara yardım etməyə mane olmaq üçündür” – deyə, “Həkimlər İnsan Hüquqları Uğrunda” təşkilatının baş həkimi deyib.
Türkiyə həkimlərinin assosiasiyasının baş katibinin bəyan etdiyi kimi yeni Qanun tibbi etikaya ziddir və humanitar dəyərləri və haqları pozur.
O qeyd edib ki, həkimlər istənilən halda insanları müalicə etməlidirlər.
ANN.Az