Türkiyə hökuməti kürdlərə "HƏ" dedi - VİDEO

14:23 | 20.10.2014
Türkiyə hökuməti kürdlərə "HƏ" dedi - VİDEO

Türkiyə hökuməti kürdlərə "HƏ" dedi - VİDEO

Şimali İraq televiziyası olan "Rudaw" Türk hökuməti ilə Peşmərgə arasında razılığın əldə olunduğuna dair xəbər yayıb.ANN.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Rudaw"ın xəbərində türk hökumətinin Peşmərgənin Türkiyə torpaqlarından istifadə etməklə, İŞİD-in mühasirəsində olan Kobaniyə girməsinə icazə verildiyi deyilir.Qeyd edək ki, artıq 40 günə yaxındır Peşmərgə ordusu və İŞİD yaraqlıları arasında Kobani şəhəri uğrunda ölüm-dirim müharibəsi gedir. Kobani Türkiyə ilə həmsərhəd olan böyük kürd şəhəridir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Rudaw" telekanalının xəbərini təsdiqləyib və rəsmən elan edib ki, kürdlərə Türkiyə ərazisindən istifadə etməyə icazə verilib

ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM