Türkiyə ilk smartfonunu istehsal edib

13:20 | 16.12.2013
Türkiyə ilk smartfonunu istehsal edib

Türkiyə ilk smartfonunu istehsal edib

Türkiyə höküməti mobil telefon bazarında idxaldan asılılığı aradan götürmək üçün yapon firmaları ilə danışıqlara başlayıb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, qardaş ölkə ildə təxminən 18 milyon ədəd mobil telefon idxal edir.Türkiyə rəsmilərinin mətbuata verdiyi açıqlamalarda yapon firmaları ölkənin mobil rabitə bazarında işləməkdə maraqlıdır.Bu arada Türkiyədə ilk yerli smartfon istehsal olunub. "Turkcell T40" adlanan smartfonlar gələn ilin əvvəlindən satışa çıxarılacaq. Yerli smartfonların bazarda hansı səviyyəə rəqabətə davam gətirəcəyi sual altındadır.Belə ki, hərbi elektronik texnika istehsalı üzrə ixtisaslaşan ASELSAN firmasının istehsal etdiyi mobil telefonlar bazarda rəqabətə davam gətirə bilməyib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM