"Türkiyə İŞİD-ə qarşı əməliyyatlara dəstək ola bilər, buna siyasi və hərbi metodlar da daxildir."ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərə müsahibəsində bildirib.“Keçirilən əməliyyatlara pozitiv baxırıq. Bunlar fasilə olmadan getməlidir. Bizim isə İŞİD-ə qarşı əməliyyatlara dəstəyimiz hərbi və ya siyasi ola bilər”- deyə Türkiyə prezidenti bildirib.Ərdoğan eləcə də bildirib ki, onun bu məsələni Barak Obamayla müzakirə etməyə imkanı yoxdur.“Türkiyə üzərinə düşən vəzifəyə əsasən İŞİD-lə döyüşlərdə əlindən gələni edə bilər. Hər hansı bir addım atdıqda regionda Suriya və İraqı bir bütöv kimi götürmək lazımdır. Barak Obama belə addım atdı və bu düz yanaşma idi”- deyə Ərdoğan qeyd edib.Qeyd edək ki, Türkiyə İŞİD-ə qarşı əməliyyatları necə dəstəkləyəcəyi barədə qəti mövqe bildirməyib. Əvvəlcə Ankarınının aktiv fəaliyyətinə Mosulda olan Türkiyə konsulluğunun 49 vətəndaşının İŞİD-in əlində girov saxlanması idisə, 20 sentyabrda türkiyə kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində onlar azad edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !