12 şöbə müdiri vəzifədən getdi"Rüşvət əməliyatı"ndan sonra polis idarələrində vəzifədən kənarlaşdırmalar Kəşfiyyat Dairəsinə də siraət edib. "Hurriyyet.com" xəbər verir ki, Kəşfiyyat Dairəsində 12 şöbə müdiri və müdir müavini vəzifədən kənarlaşdırılıb. Ergenekon, PKK, KCK və Balyoz kimi əməliyyat proseslərində iştirak edən şöbə müdirləri tutduqları vəzifədən azad edilib.Vəzifədən kənarlaşdırılan şöbə müdirləri Almadağdakı polis məktəbinə yerləşdirilir. 2013-cü ilin may ayında Ömər Altıbarmaq Kəşfiyyat Dairə rəhbərliyinə gətirilmişdi. Bunun ardından 13 ali səviyyə kəşfiyyatçısı vəzifədən kənarlaşdırılmışdı.Ankara, İstanbul və İzmir başda olmaqla 23 ilin kəşfiyyat şöbə idarələrində müdir, baş komissar və komissarlar daxil olmaqla 160 kəşfiyyatçı fərqli yerlərə yerləşdirilir. // Axar.az