Türkiyə Müdafiə Nazirindən Qarabağa dəstək

11:23 | 03.12.2014
Türkiyə Müdafiə Nazirindən Qarabağa dəstək

Türkiyə Müdafiə Nazirindən Qarabağa dəstək

"Bu gün Avropa qonşu coğrafiyalarda böyüyən təhdidlərlə qaraşı-qarşıyadır. Avropa bu təhdidləri kollektiv şəkildə, qonşu ölkələrlə və NATO müttəfiqləri ilə əməkdaşlıq içərisində olmalıdır".
 
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz 13-cü Berlin Təhlükəsizlik Konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bu gün Türkiyə dünyanın dinamik və məsul bir ölkə kimi şərqlə qərb, şimalla cənub arasında uzlaşma üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır.

Nazir Ukraynada da atəşkəsin təmin edilməsini və Minsk anlaşmasının tədbiqini dəstəklədiklərini deyib. ‘’Rusiyanın Krımı ihlaqını tanımırıq. Biz bu halda Ukraynanın ərazi bütövlüyünü və münaqişələrin beynəlxalq qanuna uyğun olan həll yollarını dəstəkləyirik. Ölkələrin ərazi bütövlüyü prinsipi bütün xəstəliklərin təməli olmalıdır. Bunun Dağlıq Qarabağ üçün də keçərli olması gərəkdir".

Müdafiə naziri Türkiyənin birbaşa və dolayı yollarla Azərbaycanla Ermənistan arasında görüşləri dəstəklədiyini qeyd edib. O, hər iki ölkənin qəbul edəcəyi bütün həll yollarını dəstəkləməyə hazır olduqlarını deyib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti