Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasını dayandırmağa çalışır

23:09 | 29.01.2014
Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasını dayandırmağa çalışır

Türkiyə Mərkəzi Bankı lirənin ucuzlaşmasını dayandırmağa çalışır

Türkiyə Mərkəzi Bankı milli valyutanın - lirənin məzənnəsinin ucuzlaşmasını dayandırmaq üçün üç əsas faiz dərəcələrini artırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.Məlumata görə, həftəlik REPO-nun dərəcəsi 4,5 faizdən 10 faizədək artırılıb.Bundan əlavə, Türkiyə Mərkəzi Bankı kreditlər üzrə faiz dərəcələrini 7,75 faizdən 12 faizədək, depozitlər üzrə isə 3,5 faizdən səkkiz faizədək artırıb.Bundan əvvəl, ölkənin Mərkəzi Bankı türk lirəsinin mıəzənnəsinin sabit saxlanması üçün iki milyard dolların intervensiyasının həyata keçirmişdi, lakin bu cəhd uğursuz olmuşdu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM