Türkiyə mətbuatı İlham Əliyevin Sarkisyana cavabından yazdı - FOTO

12:18 | 26.04.2014
Türkiyə mətbuatı İlham Əliyevin Sarkisyana cavabından yazdı - FOTO

Türkiyə mətbuatı İlham Əliyevin Sarkisyana cavabından yazdı - FOTO

Azərbaycan prezidenti İlham Əliyevin Praqada Ermənistan prezidenti Serj Sarkisyana verdiyi cavab Türkiyə mətbuatının əsas xəbərinə çevrilib. 
ANS PRESS-in məlumatına görə, dövlət başçısının “Şərq tərəfdaşlığı” sammitində Ermənistan prezidentinin Türkiyəni ittiham edən bəyanatlarına cavabı Türkiyə türklərinin ürəyindən olub. 
"Sabah", "Milliyət", "Radikal","Yeni Şafak", "Zaman", "Vatan" qəzetləri, "Cihan", haberler.com, "Anadolu" agentlikləri Azərbaycanın dövlət başçısının çıxışından sitatlar yerləşdiriblər. Bu məqalələr əsas səhifələrdə "İlham Əliyevdən Sarkisyana sillə kimi cavab", 
"Sarkisyanın Türkiyəni tənqidinə Əliyevdən reaksiya: Mən burdayam", "Sarkisyanın Türkiyəni günahlandırmasına Əliyevdən sərt cavab", "Türkiyə təmsilçisi yox, amma mən buradayam", "Sarkisyan Türkiyəni günahlandırdı, Əliyev cavabını verdi" kimi başlıqlarla yerləşdirilib.
Xatırladaq ki, Serj Sarkisyanın çıxışını Türkiyəyə hücuma həsr edib. Azərbaycan prezidenti isə “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”, - deyə ona cavab verib. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM