Türkiyə millisində qalmaqal: Burak Terimə qarşı

18:38 | 20.05.2014
Türkiyə millisində qalmaqal: Burak Terimə qarşı

Türkiyə millisində qalmaqal: Burak Terimə qarşı

Türkiyə millisinin baş məşqçisi Fatih Terimlə futbolçusu Burak Yılmaz arasında mübahisə düşüb.

Qol.Az-ın sporx.com-a istinadən yaydığı xəbərə görə, qalmaqala səbəb Türkiyə millisinin  məskunlaşdığı oteldə kosmetika firmasının sponsorluğu ilə "İlin futbol oskarları" adlı mükafatlandırma mərasiminə futbolçunun qatılması olub.

Terim yığmanın qaldığı oteldə bu cür mərasimlərin keçirilməsinə əsəbiləşərək futbolçuların tədbirə qatılmasına qadağa qoyub. Buna baxmayaraq,   Burak Yılmaz mərasimdə iştirak edib.

Bu hadisədən sonra B.Yılmaz zədəli olduğunu deyərək gözlənilmədən millinin düşərgəsindən ayrılıb. Onun Fatih Terimlə mübahisədən sonra belə bir qərar verdiyi bildirilib.

Türkiyə Futbol Federasiyası artıq B.Yılmazın yerinə milliyə Mustafa Pektemekin daxil edildiyini açıqlayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM