Türkiyədə prezident seçkilərində iştirak etmək üçün müxalifət vahid namizəd irəli sürəcək. Bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıcdaroğlu bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Milliyet" qəzeti xəbər yayıb.
O, həmçinin qeyd edib ki, prezident seçkilərində iştirak etmək üçün müxalifət partiyalarının hazırda bir neçə namizədi var. Lakin partiya lideri onların adını açıqlamaqdan imtina edib.
Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-da keçiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !