Türkiyədə Cumhuriyyət Xaq Partiyası (CHP) sıralarından daha üç nəfər də istefa verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, CHP-nin İzmir bölməsinin üzvləri Süleyman Kaya, Ergün Özgün , Yusif Altıbarmaq partiyanın üzvlüyündən istefa verdiklərini açıqlayıblar. İstefa verən patiya üzvləri belə bir qərarı qəbul etmə səbələrinin CHP sədri Kamal Klıçdaroğlunun qərarları ilə izah ediblər. Menderes bölgəsini bələdiyyə sədri istefa verdikdən sonra açıqlama verib. O, açıqlamasında bələdiyyə sədrlərinin xalqdan seçilməsinin tərəfdarı olduğunu söyləyib: “Yoldan keçən birini bələdiyyə sədrliyinə namizəd göstərirlər. Buna siyasətdə ad vermək olmaz”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !