Türkiyə müxalifətinin erməni namizədi

12:00 | 09.03.2015
Türkiyə müxalifətinin erməni namizədi

Türkiyə müxalifətinin erməni namizədi

Türkiyə vətəndaşı erməni əslli Talin Ergüneş Gazer müxalifətçi Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili olmaq üçün müraciət edib. 

ANS PRESS-in məlumatına görə, "Surp Agop” xəstəxanası ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və katolik erməni icmasının lideri baş yepiskop Levon Zekiyanın mətbuat katibi olan Gazer CHP İstanbul şöbəsinin nümayəndəsidir. 

1977-ci ildə İstanbulda dünyaya gələn Gazer "Pangaltı Mihitaryan” erməni liseyini və "Anadolu” universiteti Turizm və Otel idarəçiliyi kafedrasında təhsil alıb. Ailəli və bir övlad sahibi ola Gazer daha əvəl turizm sahəsində fəaliyyət göstərib. Namizədliyi təsdiq olunacağı təqdirdə parlament seçkisində iştirak dən ilk qadın erməni, hətta etnik nümayəndəsi olacaq. Seçiləcəyi təqdirdə CHP-nin və parlamentin ilk qadın erməni millət vəkili olacaq. 

Xatırladaq ki, daha əvvəl Hermine Kalustyan 1961-ci ilin 5 yanvar – 25 oktyabr tarixlərində yeni konstitusiyanın hazırlanması üçün milət vəkili kimi Millət Məclisində müvəqqəti fəaliyyət göstərib. 

Qeyd edək ki, bu il iyulun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti