Türkiyə ordusunda yeni istefa dalğası

13:34 | 24.01.2014
Türkiyə ordusunda yeni istefa dalğası

Türkiyə ordusunda yeni istefa dalğası

Türkiyə Müdafiə Nazirliyindən 24 gün içində 74 pilot istefa verib. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Türkiyə müdafiə naziri İsmət Yılmaz açıqlama verib. O, bildirib ki, 2014-cü ilin əvvəlindən bu günə qədər 47 pilot Türkiyə Müdafiə Nazirliyindən istefa vermək üçün ərizə yazıb. Yılmaz çıxışı zamanı 2010-cu ildə 147, 2011-ci ildə 149, 2012-ci ildə 174, 2013-cü ildə isə 214 nəfər pilotun istefa ərizəsi verdiyini söyləyib. O, 2013-cü ildə bu rəqəmin daha artıq olamsının səbəbini pilotların xidmət səviyyəsinin 10 ilə qədər endirilməsi ilə izah edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM