Türkiyə Qarabağa görə narahatdır

12:12 | 14.04.2014
Türkiyə Qarabağa görə narahatdır

Türkiyə Qarabağa görə narahatdır

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Krımın Rusiyaya birləşdirilməsindən sonra “domino effekti” yaranacağı barədə xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, Əhməd Davudoğlu Krım məsələsinin digər dondurulmuş münaqişələri yenidən gündəmə gətirə biləcəyini deyib. “Bizi təkcə Ukrayna narahat etmir. Regiondakı Dnestryanı, Abxaziya və Dağlıq Qarabağ münaqişələrinin yenidən alovlanmasından narahatıq. Ukrayna böhranının Türkiyənin qonşu ölkələrində və Qara dəniz regionunda zəncirvarı şəkildə davam etməsini istəmirik”, deyə Əhməd Davudoğlu bildirib.Xarici işlər nazirinin sözlərinə görə, Ukrayna və Rusiya ilə qonşu olan Türkiyənin Krım ilə birbaşa əlaqələri var: “Ona görə də Krımda baş verənləri yaxından izləyirik. Polşa Ukrayna və Rusiya ilə sərhəddə yerləşir. Hesab edirik ki, bütün dondurulmuş münaqişələr beynəlxalq hüquq çərçivəsində sülh danışıqları ilə həll olunmalıdır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM