Həvəskar çəkilmiş görüntülərdə bir mücahidin snayperlə Kobanidəki kürd döyüşçülərə doğru atəş açdığı əks olunub.
Şanlıurfa vilayətinin Suruç rayonunda mindən çox kürd fəal rəsmi Ankaraya qarşı etiraz aksiyası keçirib. Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirdaş Türkiyə hökumətini İŞİD terrorçularına dəstək olmaqda ittiham edib.
"Kürd qüvvələri strateji mövqedə İŞİD-çilərə qarşı əməliyyatlar keçirən zaman gözlənilməz bir hadisə olub. İŞİD Mürşidpınar sərhəd keçid məntəqəsindən istifadə edərək 5 sui-qəsd hücumu həyata keçirib. Baş nazir bunu inkar edir. Lakin bu faktların görüntüləri var. Bu görüntüləri sənədləşdirilmiş şəkildə cənab baş nazirə göndərəcəyik”
Türkiyə hökuməti İŞİD-in ölkə ərazisindən istifadə etməsi iddiaları təkzib edib.
Eyni zamanda, Qaziantep, Şırnaq və Adıyaman vilayətlərində hökumətə qarşı çıxışlar olub. Şırnaqda aşxam saatlarında bir qrup fəal yolları kəsərək nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar. Təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi sonda tərəflər arasında qarşıdurmalara səbəb olub. Fəallar daş və yanıcı maddələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qazla aksiyanı dağıtmağa çalışıb. Qarşıdurmalar zamanı bir avtomobil yandırılıb.//Anspress
Bizi sosial şəbəkələrdə izləyin !