Türkiyə - Suriya sərhədində gərgin anlar yaşanıb. "Anspress" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hatayda sərhəddən mazut keçirmək istəyən qaçaqmalçılarla sərhədçilər arasında insident olub. Nəticədə 5 əsgər yaralanıb.Belə ki, Suriyadan gətirilən mazutu qəbul etmək üçün sərhəd yaxınlığında çoxlu sayda traktor olduğundan, əsgərlər onların sənədlərini yoxlamaq istəyib. Bu zaman qaçaqmalçılarla sərhədçilər arasında insident baş verib. Qaçaqmalçılara Beşaslan kəndinin sakinləri də dəstək verib. Əsgərlərə daş-kəsək atılıb.Yaralı əsgərlər xəstəxanaya çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir. Müdaxilə zamanı qacaqmalçılardan da yaralanan olub.
Sərhəd bölgəsində güclü təhlükəsizlik tədbirləri görülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !