Türkiyə suriyalı müxaliflərə hərbi təlim keçəcək

17:00 | 11.10.2014
Türkiyə suriyalı müxaliflərə hərbi təlim keçəcək

Türkiyə suriyalı müxaliflərə hərbi təlim keçəcək

ABŞ-ın dəstəyi ilə veriləcək təlimlərə Əsəd rejiminin mötədil əleyhdarları cəlb ediləcək  

Türkiyə Suriyadakı Bəşər Əsəd rejiminin radikal dinçi olmayan mötədil əleyhdarlarına hərbi təlim keçəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-la Türkiyə arasında bir müddətdir gedən danışıqlarda bu barədə razılıq əldə edilib.   

 

ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Mari Harf Türkiyənin suriyalı mötədil müxaliflərə hərbi təlim və təchizat dəstəyi verməyi qəbul etdiyini açıqlayıb: “Bu çərçivədə ABŞ Müdafiə Nazirliyinin planlaşdırma qrupu gələn həftə Ankaraya gedəcək”. 

“Hürriyet” qəzetinin xəbərinə görə, ilkin mərhələdə təxminən 2 min suriyalı Türkiyə ərazisində hərbi təlimə cəlb ediləcək. Təlimi Türkiyə və ABŞ hərbi mütəxəssisləri həm birlikdə, həm də ayrılıqda verəcəklər. Təlimlərdə iştirak edəcək Suriya vətəndaşlarını Türkiyə kəşfiyyat orqanı (Milli İstihbarat Təşkilatı) müəyyənləşdirəcək və radikalların, eləcə də PKK və onun Suriyadakı qolu PYD-yə yaxın adamların bu təlimlərdə iştirakının qarşısı alınacaq. Suriyalıları silah-sursat, geyim və digər hərbi ləvazimatlarla əsasən ABŞ təchiz edəcək və Türkiyə də bu işə qismən dəstək verəcək. İki min nəfərin təlimi tamamlandıqdan sonra periodik olaraq 400 nəfərlik qruplar halında təlimə davam ediləcək.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM