Türkiyə tarixçilər üçün bütün arxivlərini açdı

22:37 | 27.01.2014
Türkiyə tarixçilər üçün bütün arxivlərini açdı

Türkiyə tarixçilər üçün bütün arxivlərini açdı

Türkiyə tarixçilər üçün bütün arxivlərini açıb. Trend TRT Haber telekanalına istinadən bu barədə Türkiyə prezidenti Abdulla Gül fransalı həmkarı Fransua Ollandla Ankarada bazar ertəsi birgə mətbuat konfransında deyib.

"Nəsildən-nəsilə ağrı vermək düzgün olmazdır. Tarixi tarixçilərə vermək lazımdır. Biz bütün arxivlərimizi açmağa hazır idik və açdıq. Türkiyə qanunlarında müzakirələr üçün bəzi maneələr mövcud idi, lakin biz bu qanunlarda dəyişiklik etdik. Türkiyədə bütün məsələləri müzakirə etmək olar", - Türkiyə prezidenti bildirib.

Ollandın sözlərinə görə, hazırda ötən hadisələrin araşdırılması üzrə işlər aparılır.

"Bütün lazım olanı edəcəyik ki, cəmiyyət düzgün məlumatlandırılsın", - Olland deyib.

Qeyd edək ki, Fransua Ollandın Türkiyəyə səfəri son 22 il ərzində Fransa prezidentin ilk rəsmi səfəridir.

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM