Türkiyə tarixində ilk

15:40 | 13.08.2014
Türkiyə tarixində ilk

Türkiyə tarixində ilk

Türkiyədə bu gün keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasında bir ilk yaşanacaq. ANS PRESS-in məlumatına görə, Türkiyə hökuməti tarixində ilk dəfə bu yığıncaqda faktiki olaraq iki prezident iştirak etmiş olacaq. 27-28 avqust tarixlərində keçirilməsi planlaşdırılan iclasın vaxtı prezident Abdullah Gülün təlimatı ilə iki həftə əvvələ çəkilib. Gül prezident olaraq son dəfə MTŞ-na başçılıq edəcək və bu yığıncaqla şura üzvlərinə vida edəcək. Rəcəb Tayyib Ərdoğan da iclasa son dəfə baş nazir sifətiylə qatılacaq. Bu da Milli Təhlükəsizlik Şurasında bir ilkin yaşanmasına səbəb olacaq. Yığıncaqda 11-ci və 12-ci prezidentlər bir araya gələcək. Qeyd edək ki, iclasda İraqda baş verən hadisələr, Suriya, sərhəd təhlükəsizliyi, İŞİD gərginliyi və saxlanılan türk konsulluq işçilərinin vəziyyəti, dövlət içindəki "paralel hökümət"lə mübarizə kimi məsələlər müzakirə olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM