Türkiyə və Azərbaycan 2015-ci ilə necə hazırlaşır? - AÇIQLAMA

18:29 | 17.02.2014
Türkiyə və Azərbaycan 2015-ci ilə necə hazırlaşır? - AÇIQLAMA

Türkiyə və Azərbaycan 2015-ci ilə necə hazırlaşır? - AÇIQLAMA

Qarşıdan qondarma erməni soyqırımın 100-cü ildönümü gəlir.2013-cü ildən başlayaraq ermənilər dünyanın müxtəlif ölkələrindəhazırlıqlara başlayıblar. Baxmayaraq ki, Türkiyə tərəfi həminhazırlıqların heç bir fayda verməyəcəyi, sadəcə bir neçə konfrans vəermənilərə havadarlıq edən dövlətlərin bəyanatı ilə keçib gedəcəyiqənaətindədir. ANN.Az-a açıqlamasındaTürkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzininrəhbəri Hasan Oktay mövcud vəziyyəti dəyərləndirib.

H.Oktayaçıqlamasında Ermənistanın hazırlıqlarına cavab olaraq Türkiyə vəAzərbaycanın stratejiyə əsaslanan koordinasyon fəaliyyətinin vacibliyinivurğulayıb: “2015-ci ilə bir il yarım qalmasına baxmayaraq, ErmənistanTürkiyəyə qarşı böyük hazırlıqlara başlayıb. Buna qarşı Türkiyə vəAzərbaycanın ortaq çalışmaları hələ başlamamışdır. Ermənistana qarşıqoyulan embarqo xaricində kollektiv bir çalışma olmadığı üçün,zaman-zaman Ermənistan məsələsində Azərbaycan və Türkiyə bir-biriləqarşı-qarşıya dayanır. Bunun da səbəbi bir-biriləri ilə hələ də ortaqkoordinasiyalı fəaliyyət qura bilməmələri və gələcək təhlükənin fərqinəvarmamalarındadır. Həmin təhlükə Ermənistan üzərindən Azərbaycan vəTürkiyəyə qarşı oyun qurmağa çalışan dövlətlərin planıdır. Buradagörünən Ermənistan olmaqla yanaşı, əsas güc Azərbaycan-Türkiyəmünasibətlərini pozmağa çalışanlardır".

Müsahibimizbuna nümunə kimi 2009-cü ildə Ermənistan-Türkiyə protokollarınıgöstərib: !Ermənistan-Türkiyə protokolları Ermənistanın bölgədəvəziyyətini dəyişərkən və Azərbaycanı bölgədə daha qüvvətli edərkən,proses Azərbaycan-Türkiyə münasibətlərini pozdu. Türkiyə və Azərbaycangələcək 10 ildə birlikdə vahid strateji üzərində işləyib hərəkət edəbilsələr, Ermənistanın bölgədə vəziyyətini dəyişmək mümkün olacaq.Mövcud vəziyyətin davam etməsi həm Azərbaycana, həm də Türkiyəyə zərərverəcəkdir. Ermənistan mövcud halı ilə iki türk dövlətini bir-birinəqarşı qoya bilir”.

SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb