Türkiyə və Azərbaycan əleyhinə yeni məkrli plan

09:27 | 20.08.2014
Türkiyə və Azərbaycan əleyhinə yeni məkrli plan

Türkiyə və Azərbaycan əleyhinə yeni məkrli plan

İsrail prezidenti uydurma soyqırımı tanımağa hazırlaşır; İşğalçı Ermənistan iki qardaş ölkə ilə yəhudi dövlətinin arasını birdəfəlik vuracaq xain bir oyunun içindədir; bədnam 100-cü ildönüm üçün saxta genosidin tanınması ilə bağlı İrəvanla Təl-Əvivin intensiv gizli danışıqlar apardığı deyilir...

Türkiyə və Azərbaycan əleyhinə yeni məkrli planın hazırlandığı məlum olub. “Vestnik Kafkaza” nəşri yazır ki, İsrail və Ermənistanın prezident aparatlarının yüksək vəzifəli əməkdaşları Osmanlı Türkiyəsində 2015-ci il hadisələrini Təl-Əvivin “soyqırım” kimi tanımasından ötrü gizli və intensiv danışıqlar aparırlar.Nəşrin yəhudi əməkdaşının yazdığına görə, erməni tərəfi bu xüsusda hətta konkret plan da təklif edib. Plana əsasən, İsrailin yeni prezidenti Reuven Rivlin 2015-ci ilin aprelində digər dünya liderləri kimi İrəvanda faciəvi hadisələrin 100-cü ildönümü tədbirlərinə qatılacaq və öz çıxışı zamanı rəsmən bəyan edəcək ki, Təl-Əviv ozamankı Türkiyə hökumətinin erməni xalqına qarşı soyqırım aktı törətdiyini etiraf edir.İsrail prezidenti dəftərxanasının yüksək çinli əməkdaşının dediyinə görə, bu ideya yəhudi dövlətindəki erməni lobbisinin bir sıra liderləri tərəfindən fəal şəkildə irəli aparılır. Lakin o, həmin şəxslərin adlarını çəkməkdən imtina edib. Tanınma tərəfdarlarının nöqtə-nəzərincə, İsrailin “genosidi” tanıması üçün məhz indi ən əlverişli fürsətdir. “Çünki Təl-Əvivlə Ankara arasında olduqca gərgin münasibətlər mövcuddur. Üstəlik, baş nazir (hazırda prezident) Rəcəb Tayyib Ərdoğan öz çıxışlarında dəfələrlə İsrail ordusunun Qəzazdakı hərəkətlərini Fələstin xalqına qarşı soyqırım adlandırıb. İsrail isə məlum olduğu kimi, bu ittihamları rədd edib”, - deyə mənbə bildirir.  Ərdoğanın İsrail əleyhinə daha bir açıqlaması xatırladılır: “Ərdoğan demişdi ki, İsrail terrorizmlə məşğuldur, soyqırım həyata keçirir və qlobal sülhə, Yaxın Şərqdəki sülhə təhlükədir. Türkiyə lideri əlavə eləmişdi ki, nə qədər ki, o, baş nazir postundadır, İsrail haqda yaxşı heç nə deyə bilməyəcək. Buna cavab olaraq yəhudi nəqliyyat naziri İsrael Kats öz facebook səhifəsində ona ermənilərin ”genosidini" xatırlatmış, qeyd eləmişdi ki, məhz Türkiyə lideri kimisə soyqırımda günahlandıra bilməz". Məlumatlara görə, İsraildə uydurma məsələnin rəsmən tanınması mövzusunun tirajlanmasında yeni prezident Rivlinin personası da rol oynayır. Belə ki, Rivlin bir neçə dəfə tanınmanın tərəfdarı kimi çıxış edib. Hələ o, Knessetin (parlamentin -s.s.) spikeri qismində Litva parlamentində çıxış edərkən belə bir fikri söyləməyi özünə rəva bilmişdi ki, “Xolokost və 1915-ci ilin erməni ”soyqırımı" XX əsrin iki ən faciəvi hadisəsidir". Halbuki, indiyədək yəhudi siyasətçilərin hamısı rəsmi çıxışlar zamanı belə bənzətmədən qaçıblar.Reuven Rivlin isə dəfələrlə qeyd edib ki, İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanınması uğrunda mübarizə aparmaqla yalnız “tarixi ədalət”ə nail olmaq istəyir və söhbət qətiyyən müasir Türkiyə xalqına və hökumətinə qarşı hansısa ittiham, ələlxüsus iddia irəli sürülməsindən getmir. Rivlin həmçinin, sadəlövhcəsinə belə bir ifadə də işlətmişdi: “Mən başa düşə bilmirəm ki, İsrailin erməni ”soyqırımı"nı tanıması niyə də yəhudi dövlətinin Azərbaycan və postsovet məkanının başqa türkdilli ölkələri ilə münasibətlərinə mənfi təsir göstərməlidir? Axı bu ölkələrin xalqlarının 1915-ci il hadisələrinə heç bir dəxli yoxdur..."“Bununla belə, İsrail XİN-də hesab edirlər ki, prezidentin konkret halda ”genosidi" tanınma təşəbbüsü ilə çıxış eləmək hüququ yoxdur və bu məsələ yalnız Azərbaycanla razılaşmadan sonra həllini tapa bilər, çünki bu dost ölkə ilə münasibətlər yəhudi dövləti üçün həddən-ziyadə mühüm əhəmiyyət daşıyır", - deyə mənbə vurğulayır.Nəşrin məqaləsindəki daha bir maraqlı detal: “İsraildə əmindilər ki, yaxınlaşan Rivlin və Sərkisyan arasında danışıqlardan Türkiyə və Azərbaycanda xəbərdardılar. Ancaq İsrail diplomatlarının sözlərinə görə, hələ ki, Bakı və Ankaradan hər hansı reaksiya yoxdur”.Xatırladaq ki, İsrail tərəfindən tanınma məsələsi Knessetdə ilk dəfə olaraq 2012-ci ildə müzakirəyə çıxarılıb. Lakin dəstək qazanmayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM