Türkiyə XİN-i açıqlama yaydı: Ermənistanla sərhədlər açılacaqmı?

14:15 | 04.07.2014
Türkiyə XİN-i açıqlama yaydı: Ermənistanla sərhədlər açılacaqmı?

Türkiyə XİN-i açıqlama yaydı: Ermənistanla sərhədlər açılacaqmı?

 Türkiyənin bu ilin sentyabr ayında Ermənistanla sərhədi açacağı barədə məlumatlar həqiqəti əks etdirmir.Bu barədə APA-nın Türkiyə müxbirinə bu ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. XİN-də deyiblər ki, xəbərin əsassız və yalan olması barədə nazirlik adından rəsmi açıqlama yayımlanacaq. Qeyd edək ki, Türkiyənin «Taraf» qəzeti Ermənistanla sərhəddəki Əlican sərhəd-keçid məntəqəsinin sentyabr ayında açılması üçün hazırlıqlara başlandığı barədə məlumat yayıb. Qəzetin yazdığına görə, Əlican məntəqəsinin açılması üçün hazırlıqların tamamlanması barədə tapşırıq baş nazir Rəcəp Tayyip Ərdoğan tərəfindən verilib. Əlican keçid məntəqəsinin açılması ilə Türkiyə ABŞ və Ermənistanla münasibətləri normallaşdırmaq məqsədi güdür. Bu, baş nazir Ərdoğanın aprel ayında ermənilərə 1915-ci il hadisələri ilə bağlı verdiyi başsağlığından sonra Türkiyənin Ermənistanla əlaqələrin normallaşdırılması istiqamətində atdığı ikinci addımdır. Sərhədin açılmasında məqsəd 1915-ci il hadisələrinin 100 illiyi münasibətilə uydurma “erməni soyqırımı”nı tanımaq üçün Türkiyəyə edilən təzyiqləri səngitməyə hesablanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM