Türkiyə parlamentinin qəbul etdiyi daxili təhlükəsizlik haqda qanunlar paketinin qüvvəyə minməsindən sonra polisdə kütləvi işdən azad edilmələr başlayıb.
Avropa.info xəbər verir ki, Daxili İşlər Nazirliyi sıralarından bir çox yüksək vəzifəli polis məmuru artıq təqaüdə çıxarılıb.
Polis sıralarında xidmət edən 1725 polis rəisindən artıq 1150-si təqaüdə çıxarılıb. Təqaüdə çıxarılan polis əməkdaşlarının "paralel dövlət" ilə əlaqəli olduğu bildirilir.
Ümumiyyətlə, polis sıralarından çıxarılacaq polislərin sayının 3500-ü keçəcəyi bildirilir.
Türkiyədə 17-25 dekabr tarixlərində dövlət çevrilişinə cəhd göstərən "paralel dövlət"in əməliyyatlarını idarə edən polis rəisləri də təqaüdə ayrılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !