Türkiyə Suriya sərhədində xidmət edən 12 əsgər saxlanılıb. ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, Şanlıurfa prokurorluğu Suriya sərhədindəki Ceylanpınarda qaçaqmalçılara kömək edən əsgərlərlə bağlı istintaqa başlayıb. İlkin istintaq hərəkətləri nəticəsində məlum olub ki, sərhəddə xidmət edən əsgərlər qaçaqmalçıların rahat hərəkət etməsinə şərait yaradıb. Bu əməliyyat çərçivəsində 20 şübhəli həbs edilib. Onların arasında 6-sı xidmət keçən, 6-sı isə xidmətini başa vurmuş əsgərlər var. İstintaqla bağlı daha çox şəxsin saxlanılacağı istisna deyil.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !