Noyabrın 18-20-də Azərbaycan nümayəndə heyəti Türkiyədə “Azərbaycan həftəsi” silsilə tədbirlər keçirmək üçün Türkiyəyə səfər edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə SAM-ın direktoru Fərhad Məmmədov, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Zaur Vəliyev və Media Xidmətinin rəhbəri Mehriban Həsənova, millət vəkili Musa Qasımlı, Milli Məclis Aparatının Analitik İnformasiya şöbəsinin müdir müavini Hatəm Cabbarlı, “Qafqaz” Araşdırmalar Mərkəzinin baş direktoru Araz Aslanlı, APA TV-nin direktoru Vüqar Məsimoğlu və Azərbaycan Diplomatik Akademiyasının elmi işçisi Taleh Ziyadov daxildir.
Səfər ərəfəsində Ankara, Yalova, Ədirnə, Bursa, Bandırma şəhərlərində bir sıra görüşlər planlaşdırılır.
Ankarada baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalin və Türkiyə Xarici İşlər Nazirliyində diplomatlarla görüş, Türk XİN SAM-la dəyirmi masa və Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi ORSAM ilə birgə konfrans və s. tədbirlər nəzərdə tutulub.
ANN.Az